cümə axşamı 12 mart 2026 - 02:29
Elmi hövzələrin Ayətullah Seyid Müctəba Xamenei ilə beyətinə dair bəyanatı

Hövzə | Elmi hövzələrin idarəetmə mərkəzinin müavin, direktor və məsul şəxsləri bəyanatla Ayətullah Seyid Müctəba Hüseyni Xamenei (Allah onu qorusun etsin) ilə beyət etdiklərini bəyan ediblər.

Hövzə Xəbər Agentliyinin verdiyi məlumata  görə, Elmi hövzələrin idarəetmə mərkəzinin məsul şəxsləri bəyanatla İslam İnqilabının Ali Məqamlı Rəhbəri, həzrət Ayətullah Seyid Müctəba Hüseyni Xamenei (Allah onu qorusun) ilə beyətlərini elan etdilər.
 
Bəyanatın mətni aşağıdaki  kimidir:

بسم الله الرحمن الرحیم

اَلیوم یئِس الّذین کفروا مِن دینکم، فلاتخشَوهُم وَاخشَونِ (۳مائده)

آجرک الله یا مولانا یا صاحب الزمان(عج) فی مصیبة استشهاد نائب العزیز، مولانا الخامنئی
Bağışlayan və mehriban Allahın adı ilə 

Bu gün kafirlər sizin dininizdən (dininizi yıxmaqdan) ümidlərini kəsdilər. Artıq onlardan qorxmayın, Məndən qorxun!   Maidə surəsi, 3-cü ayə

Ya Sahibəz Zaman! Ey mövlamız! Sənin əziz naibin Seyid Əli Xameneinin şəhadət münasibətilə başsağlığı veririk.

İslam İnqilabının Ali Məqamlı  Rəhbəri, şəhid Ayətullah Seyid Əli Xamenei (Allah ona rəhmət eləsin), ən zalım və şərəfsiz şeytan sifət rejimlərin əli ilə şəhid edilməsi İslam ümmətinin qəlbində dərin bir kədərə səbəb oldu.

Bu böyük itki şəhid Ali Məqamlı Rəhbərin sevənləri arasında xalqın ayağa qalxmasına səbəb oldu və milyonlarla insan gecə-gündüz məscidlərdə, meydanlarda və küçələrdə toplandı.

Bu qəhrəmanlıq dolu iştirak və inqilabın ideallarına sadiqlik, fitnəkarların planlarını pozdu, eləcə də belə bir iştirak Allahın köməyi ilə düşmənlərin ümidlərini qırıb, onların bütün planlarını və bu planları cızanların hamısının ümidlərini məhv edəcək.

Bu sarsıdıcı kədərin ortasında, Xubriqan Məclisinin Rəyasət Heyəti birinci Qədr gecəsində atdığı strateji addım bütün insanların ruhuna yeni bir təravətli ruh verdi. Həmçinin Allah, Ayətullah Seyid Əli Xameneinin itkisinin əvəzini layiqli şəkildə həzrət Ayətullah Seyid Müctəba Hüseyni Xamenei (Allah onu qorusun) ilə bərqarar etdi və ümumxalqın, eləcə də ön cəbhədəki döyüşçülərin və müqavimət cəbhəsinin, həmçinin bütün azadlıqsevərlərin və monoteistlərin qəhrəmanlığını və gücünü zirvəyə çatdırdı. Həmçinin onların peyğəmbərlərin və ilahi övliyaların yolunu davam etdirməkdə motivasiyasını və qətiyyətini qat-qat artırdı.

Biz, elmi hövzələrin idarəetmə mərkəzinin müavin, direktor və məsul şəxsləri olaraq özümüzə borc bilirik ki, bu həssas hərbi şəraitdə xalqın müdrik və uzaqgörən baxışa əsaslanan seçiminə görə təşəkkür edək və onların həyata keçirməli olduqları vəzifələrdə Allah-Təala tərəfindən uğur qazanmalarını istəyək.

Elmi hövzələrin idarəetmə mərkəzinin müavin, direktor və məsul şəxslərindən ibarət Şura şəhid Ali Məqamlı Rəhbərin ağır itkisi münasibətilə dərin hüzn və kədər hissi ilə səmimi başsağlığını ifadə edir. Şura, eyni zamanda İslam İnqilabının Ali Məqamlı Rəhbəri Ayətullah Seyid Müctəba Xamenei qarşısında ümid və şövqlə dolu bir qəlblə bu ilahi nemətə və ilahi bəxşişə görə şükürünü bildirir və dinə əsaslanan öz beyətini, həmçinin qanla möhürlənmiş yardım və dəstək öhdəliyini İslam İnqilabının Ali Məqamlı Rəhbərinin hüzurunda bir daha bəyan edir.

Ümidvarıq ki, Ali Məqamlı Rəhbərin müdrik rəhbərliyi və tədbirləri sayəsində İslam ölkəsinin inkişafı, müstəqilliyi və izzəti daha da möhkəmlənəcək, vilayət məfhumunun mərkəzi rolu güclənəcək, eləcə də mömin və sədaqətli inqilabçılardan ibarət qüvvələrin təşkilatlanması yeni mərhələyə qədəm qoyacaq və müsbət dəyişikliklər istiqamətində yeni bir dövrün başlanğıcı qoyulacaqdır. 
Eyni zamanda, Qum şəhərində, eləcə də digər şəhərlərdə fəaliyyət göstərən ölkə üzrə bütün elmi hövzələrin inkişafının əvvəlkindən daha yüksək və daha kamil bir mərhələyə yüksələcəyinə ümid bəsləyirik.

Qüdrətli və Qadir olan Allah İslam İnqilabının Ali Məqamlı Rəhbərini düşmənlərin hiylələrindən qorusun, xüsusilə onu ilahi inayət və mərhəmətlərindən bəhrələndirsin. Həmçinin İmam Zaman (ə.f) tərəfindən xüsusi rəhbərlik və inayətə nail olmasını nəsib etsin, eləcə də düşmənlərin və zülmkar qüvvələrin məğlubiyyətini gerçəkləşdirsin. Həmçinin İslamın tövhid dinini ucaltsın, “Lə iləhə illallah” bayrağını dünyanın uca zirvələrində dalğalandırsın və İslam ümmətinin rəhbərliyi ilə yanaşı İranın və bütün İslam ölkələrinin yüksəlişini təmin etsin.

Ən dərin ehtiram və səmimi beyətlə

Ölkə üzrə elmi hövzələrin idarəetmə mərkəzinin məsul şəxsləri.

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha